Üzgüçülük hovuzu

Hərəkət, sağlamlıq və istirahət bir məkanda

Crown Wellness Club-un müasir üzgüçülük hovuzu peşəkar məşqlər, gündəlik üzgüçülük və eyni zamanda rahat istirahət üçün nəzərdə tutulub. Burada gününüzü məsafə üzgüçülüyü ilə başlaya, hovuz qrup məşqlərində iştirak edə və ya məşqdən sonra cakuzidə dincələrək bərpa prosesinizi tamamlaya bilərsiniz.

  • Sərbəst və məsafə üzgüçülüyü üçün müasir hovuz
  • Uşaqlar və böyüklər üçün üzgüçülük dərsləri
  • Qrup məşqləri və fərdi məşq imkanları
  • Ayrıca uşaq hovuzu
  • Cakuzi ilə tamamlanan rahat bərpa zonası
  • Rahat istirahət şezlonqları
  • Hər yaş və məqsəd üçün şərait

Üzgüçülük bütün bədən əzələlərini işlədən, oynaqlara minimum yük verən və ürək-damar sağlamlığını dəstəkləyən ən effektiv idman növlərindən biridir. İstər üzgüçülük məşqi edin, istər aktiv bərpa olun, istərsə də sadəcə dincəlin — hovuz zonası hər məqsəd üçün ideal şərait yaradır.

Peşəkar təlimçilərin rəhbərliyi ilə keçirilən üzgüçülük dərsləri həm uşaqlar, həm də böyüklər üçün təşkil olunur və hər iştirakçının hazırlıq səviyyəsinə uyğun proqram əsasında keçirilir.

Bütün ailə üçün ideal məkan

Hovuz zonası ailə üzvlərinin birlikdə keyfiyyətli vaxt keçirməsi üçün də ideal seçimdir. Uşaqlar təhlükəsiz uşaq hovuzunda üzgüçülük öyrənərkən və ya sərbəst oynayarkən, böyüklər əsas hovuzda məşq edə və ya üzgüçülüyün zövqünü çıxara bilərlər.

Bir çox üzv hovuzdan sonra SPA zonasından istifadə edərək sauna, buxar otağı və digər wellness xidmətləri ilə istirahətini tamamlayır. Bu yanaşma həm bədənin bərpasına, həm də ümumi sağlamlığın qorunmasına dəstək olur.

Hovuz zonasında rahatlığınızı düşünürük

Hovuzdan istifadə Crown üzvlüyünə daxildir. Rahatlığınız üçün dəsmal və şəxsi şkaflar klub tərəfindən təqdim olunur. Hovuzdan istifadə üçün yalnız üzgüçülük geyimi və üzgüçülük papağı kifayətdir. Məşqdən sonra isə cakuzidə dincələrək əzələlərinizi rahatlaşdıra və bərpa prosesinizi dəstəkləyə bilərsiniz.

Crown Wellness Club həftə içi hər gün 06:00–23:00, şənbə, bazar və qeyri-iş günlərində isə 07:00–22:00-dək fəaliyyət göstərir. Hovuzdan istifadə qaydaları, üzgüçülük dərsləri və qrup məşqləri haqqında ətraflı məlumat almaq üçün klubun qeydiyyat şöbəsinə müraciət edə bilərsiniz.

Üzgüçülük hovuzu — 1
Üzgüçülük hovuzu — 2
Üzgüçülük hovuzu — 3
Üzgüçülük hovuzu — 4

FAQ

Üzgüçülük hovuzu Crown üzvlüyünə daxildirmi?+

Bəli. Üzgüçülük hovuzundan istifadə Crown üzvlüyünə daxildir. Üzvlər klubun iş saatları ərzində hovuz, uşaq hovuzu və cakuzi zonasından istifadə edə bilərlər.

Crown-da üzgüçülük dərsləri almaq mümkündürmü?+

Bəli - uşaqlar və böyüklər üçün məşqçi rəhbərliyi ilə üzgüçülük dərsləri klubun hovuzlarında keçirilir. Cədvəl və qiymət məlumatları qeydiyyat şöbəsində mövcuddur.