
Masaj xidmətləri
Bədəni rahatlaşdıran və yenilənmə hissi bəxş edən peşəkar masaj xidmətləri.
Bərpa, rahatlıq və balans üçün peşəkar masaj təcrübəsi.
Crown Wellness Club-un masaj xidmətləri bədənin rahatlamasını, əzələ gərginliyinin azalmasını və ümumi fiziki və zehni rifahın dəstəklənməsi üçün nəzərdə tutulub. Təcrübəli masaj terapevtlərimiz hər bir qonağın ehtiyacına cavab verən fərdi yanaşma tətbiq edir və məqsədinizə ən uyğun masaj növünü seçməyə kömək edirlər.
Gündəlik stressdən uzaqlaşmaq və ya məşqdən sonra əzələlərin bərpasını dəstəkləmək üçün peşəkar masaj sağlam həyat tərzinizin vacib hissəsinə çevrilə bilər.
Üstünlüklər
- Təcrübəli masaj terapevtləri
- Rahatlama və bərpaya yönəlmiş peşəkar texnikalar
- Komfortlu və özəl prosedur otaqları
- Hər qonağa uyğun fərdi yanaşma
- Wellness proqramlarını tamamlayan bərpa xidməti
Masaj növləri:
Klassik masaj
Bütün bədəni əhatə edən klassik masaj əzələ gərginliyini azaltmağa, qan dövranını yaxşılaşdırmağa və sinir sisteminin rahatlamasına kömək edir. Gərgin iş günündən, intensiv məşqdən və ya SPA prosedurlarından sonra həm bədən, həm də zehni rahatlaşdırmaq üçün ideal seçimdir.
Terapevtik masaj
Terapevtik masaj konkret nahiyələrdə yaranan gərginlik, əzələ problemləri və hərəkət məhdudiyyətlərini hədəfləyən daha funksional yanaşmadır. Əzələ yüklənməsi, boyun, bel, çiyin və ayaq nahiyələrində yaranan gərginliklərin azaldılmasına dəstək məqsədilə tətbiq olunur. Zərurət olduqda prosedur fizioterapevtimizin tövsiyəsi və nəzarəti ilə planlaşdırılır.
Masaj üçün ən uyğun vaxt
Masaj günün istənilən vaxtında tətbiq oluna bilər. Bununla belə, aşağıdakı hallarda daha yüksək rahatlıq və bərpa hissi yarada bilər:
Məşqdən sonra — əzələlərin rahatlamasına və bərpa prosesinin dəstəklənməsinə kömək edir.
Sauna və ya hamamdan sonra — isinmiş əzələlər masajın təsirini daha yaxşı qəbul edir.
Müntəzəm wellness rutininin bir hissəsi kimi — davamlı rahatlama və ümumi rifah hissini artırır.
Wellness təcrübəsinin bir hissəsi
Masaj xidmətləri Crown Wellness Club-un Wellness & Terapiya zonasına daxildir və sauna, buxar otağı, soyuq hovuz, işıq terapiyası, cakuzi, hovuz və digər bərpa xidmətləri ilə birlikdə daha kompleks wellness təcrübəsi təqdim edir.
Masajdan əvvəl sauna və ya hamamdan istifadə edə, prosedurdan sonra isə dincəlmə zonasında və ya Fuel Bar-da istirahət edə bilərsiniz.
Sessiyalar necə təşkil olunur?
Masaj sessiyaları əvvəlcədən qeydiyyat şöbəsində təyin edilir. Mütəxəssislərimiz məqsədinizə uyğun olaraq klassik və ya terapevtik masaj arasında seçim etməyə kömək edir, zərurət olduqda isə sizi fizioterapevtə yönləndirirlər.
Qiymətlər və prosedur seçimləri barədə ətraflı məlumatı qeydiyyat şöbəsindən əldə edə bilərsiniz.
Crown Wellness Club həftə içi hər gün 06:00–23:00, şənbə, bazar və qeyri-iş günlərində isə 07:00–22:00 fəaliyyət göstərir.



FAQ
Klassik masajla fizio terapevtik masaj arasında fərq nədir?+
Klassik masaj bütün bədənin rahatlamasına, fiziki və zehni rahatlığın artmasına yönəlib. Fizio masaj isə müəyyən nahiyələrdə yaranan gərginlik və funksional problemlərin aradan qaldırılmasına dəstək məqsədilə daha hədəfli şəkildə tətbiq olunur.
Masajdan əvvəl və ya sonra sauna istifadə etmək olarmı?+
Bəli. Sauna və ya hamamdan sonra isinmiş əzələlər masajın təsirini daha effektiv qəbul edir. Bir çox qonaqlar masajı sauna, hovuz və digər wellness xidmətləri ilə birləşdirərək daha dolğun bərpa təcrübəsi yaşayır.