
Yoga/Fly Yoga
Bədən, nəfəs və zehni tarazlığın harmoniyası
Crown Wellness Club-un Yoqa Studiyası gündəlik həyatın tempindən uzaqlaşmaq, bədəni gücləndirmək və zehni rahatlamaq üçün xüsusi hazırlanmış məkandır. Təbii göl mənzərəsinə açılan studiya sakit atmosferi ilə hər məşqi daha zövqlü və ilhamverici təcrübəyə çevirir.
Peşəkar təlimçilərin rəhbərliyi ilə keçirilən Yoqa və Fly Yoga qrup məşqləri elastikliyi, tarazlığı, nəfəs nəzarətini və ümumi fiziki sağlamlığı inkişaf etdirməyə kömək edir. Studiya yüksək hava keyfiyyətini təmin edən “Systemair” havalandırma sistemi ilə təchiz olunub və məşqlər üçün komfortlu mühit yaradır.
- Təbii göl mənzərəli premium studiya
- Peşəkar təlimçilərin rəhbərliyi ilə Yoqa və Fly Yoga dərsləri
- Elastiklik, tarazlıq və bədən nəzarətinin inkişafı
- Düzgün nəfəs texnikalarının mənimsənilməsi
- Stressin azaldılması və zehni rahatlama
- Müasir havalandırma sistemi ilə komfortlu məşq mühiti
Klassik Yoqa
Klassik Yoqa dərsləri bədən və zehnin harmoniyasını inkişaf etdirməyə yönəlib. Nəfəs texnikaları, axıcı hərəkətlər və müxtəlif pozalar vasitəsilə elastiklik artır, duruş yaxşılaşır, əzələlər güclənir və gündəlik gərginlik azalır.
Dərslər bütün hazırlıq səviyyələrinə uyğun keçirilir. İstər yoqaya yeni başlayan olun, istərsə də uzun müddətdir məşq edən, proqram fərdi inkişaf tempinizi dəstəkləyəcək şəkildə təşkil olunur.
Fly Yoga
Fly Yoga xüsusi hamaklardan istifadə etməklə həyata keçirilən müasir yoaq növüdür. Hamak bədənə əlavə dəstək verdiyi üçün bəzi hərəkətləri daha rahat və təhlükəsiz yerinə yetirməyə imkan yaradır.
Asma vəziyyətdə edilən hərəkətlər onurğanın rahatlamasına, dərin dartınmaya, bədən balansının və gövdə əzələlərinin inkişafına kömək edir. Fly Yoga həm fərqli məşq təcrübəsi yaşamaq, həm də gündəlik gərginliyi azaltmaq istəyənlər üçün ideal seçimdir.
Hərəkət və bərpanın ideal balansı
Yoqa qrup məşqlərindən sonra bədən rahatlayır, məşqdən sonra isə bərpa prosesi SPA zonası ilə tamamlanır. Bu yanaşma həm fiziki performansın yüksəlməsinə, həm də ümumi sağlamlığın qorunmasına dəstək olur. Yoqa Studiyasından istifadə və qrup məşqlərinə qoşulmaq Crown üzvlüyünə daxildir. Yoqa qrup məşqlərinə qoşulmaq üçün əvvəlcədən klubun qeydiyyat şöbəsində rezervasiya etməyiniz tövsiyə olunur.
Crown Wellness Club həftə içi hər gün 06:00–23:00, şənbə, bazar və qeyri-iş günlərində isə 07:00–22:00-dək fəaliyyət göstərir.
Avadanlıq və trenajorlar
Məkanlar
- Yoga otağı
- Fly Yoga otağı





FAQ
Crown Wellness Club Fly Yoga təklif edirmi?+
Bəli - Crown Wellness Club-da peşəkar təlimçilərin müşayiəti ilə klassik yoqa ilə yanaşı, Fly yoga dərsləri də keçirilir.
Yoqaya başlamaq üçün bədən elastikliyi vacibdirmi?+
Xeyr. Elastiklik zamanla inkişaf edir və dərslərə başlamaq üçün şərt deyil. Proqramlar hazırlıq səviyyənizə uyğunlaşdırılır.