Bar və Lounge

Crown Bar və Lounge məşq və istirahət arasında rahat bir fasilə üçün nəzərdə tutulmuş premium məkandır. Klubun giriş hissəsində yerləşən Bar və Lounge günün istənilən anında qəhvə içmək, dincəlmək və rahat atmosferdən zövq almaq üçün ideal seçimdir.

Rahatlıqla vaxt keçirə biləcəyiniz Bar və Lounge zövqlü atmosferi ilə Crown təcrübəsinin ayrılmaz hissəsidir.

Burada məşqdən sonra protein şeyki ilə bərpa ola, qəhvənizin dadını çıxara və ya yüngül qəlyanaltı ilə gününüzə enerji qata bilərsiniz.

  • Təzə hazırlanmış qəhvə və soyuq içkilər
  • Protein şeykləri, smuzilər, təzə sıxılmış meyvə şirələri
  • Göl mənzərəli və rahat Lounge zonası

İstər məşqdən əvvəl, istərsə də sonra, Crown Bar & Lounge sakit atmosferi və komfortlu mühiti ilə dincəlmək, dostlarınızla görüşmək və ya sadəcə günə qısa bir fasilə vermək üçün ideal seçimdir.

Crown Wellness Club həftə içi 06:00–23:00, şənbə, bazar və qeyri-iş günlərində isə 07:00–22:00-dək fəaliyyət göstərir.

Bar və Lounge — 1
Bar və Lounge — 2
Bar və Lounge — 3

FAQ

Crown Bar & Lounge-dan kimlər istifadə edə bilər?+

Crown Bar & Lounge Crown Wellness Club-un bütün üzvlərinin istifadəsi üçün nəzərdə tutulub.

Crown Bar-da hansı məhsullar təqdim olunur?+

Menyuda qəhvə, sərinləşdirici içkilər, protein şeykləri, smuzilər, təzə sıxılmış meyvə şirələri və məşqdən əvvəl və ya sonra enerji toplamaq üçün digər içkilər və məhsullar təqdim olunur.