
Namaz otağı
Crown Wellness Club üzvlərinin rahatlığı üçün klub daxilində həm xanımlar, həm də bəylər üçün xüsusi Namaz otaqları mövcuddur. Sakit və rahat atmosferə malik bu otaqlar məşq və SPA zonalarından ayrı yerləşir və ibadətinizi rahat şəkildə yerinə yetirməyiniz üçün nəzərdə tutulub. Təmiz və səliqəli şərait sayəsində klubdan ayrılmadan ibadətinizi günün istənilən vaxtında rahatlıqla yerinə yetirə bilərsiniz.
Crown Wellness Club həftə içi 06:00–23:00, şənbə, bazar və qeyri-iş günlərində isə 07:00–22:00-dək fəaliyyət göstərir. Klubun bütün üzvləri Namaz otağından klubun iş saatları ərzində sərbəst şəkildə istifadə edə bilərsiniz.


FAQ
Namaz otağından kimlər istifadə edə bilər?+
Namaz otağı Crown Wellness Club-un bütün üzvlərinin istifadəsi üçün nəzərdə tutulub və klubun iş saatları ərzində hər zaman əlçatandır.
Namaz otağını necə tapa bilərəm?+
Namaz otağı klub daxilində aydın şəkildə işarələnib. İlk ziyarətiniz zamanı qeydiyyat komandası sizə məmnuniyyətlə istiqamət göstərəcək.