Kovorkinq otağı (İş Otağı)

Crown Wellness Club-un kovorkinq otağı məhsuldarlıq və sağlam həyat tərzini bir araya gətirir. Sakit və rahat iş mühitində məşqdən və ya SPA təcrübəsindən əvvəl və sonra işlərinizi davam etdirə, onlayn görüşlər keçirə, e-poçtlarınızı cavablandıra və ya diqqət tələb edən tapşırıqlarınızı rahatlıqla yerinə yetirə bilərsiniz.

İş və istirahət arasında seçim etməyə ehtiyac yoxdur. Crown-un kovorkinq məkanı gününüzü daha səmərəli planlamağınıza imkan verir və bütün üzvlərin istifadəsi üçün əlçatandır.

  • Fokuslu iş üçün sakit və komfortlu iş məkanı
  • Onlayn görüşlər, təqdimatlar
  • Sürətli Wi-Fi və rahat iş mühiti

Crown Wellness Club həftə içi 06:00–23:00, şənbə, bazar və qeyri-iş günlərində isə 07:00–22:00-dək fəaliyyət göstərir. Kovorkinq otağının istifadə qaydaları və öncədən qeydiyyat barədə məlumatı klubun qeydiyyat şöbəsindən əldə edə bilərsiniz.

Kovorkinq otağı (İş Otağı) — 1
Kovorkinq otağı (İş Otağı) — 2
Kovorkinq otağı (İş Otağı) — 3

FAQ

Kovorkinq otağı bütün üzvlər üçün əlçatandırmı?+

Bəli. Kovorkinq otağı Crown Wellness Club-un bütün üzvlərinin istifadəsi üçün nəzərdə tutulub. Burada rahat iş mühitindən, yüksək sürətli internetdən və sakit atmosferdən faydalana bilərsiniz.

İclas otağından necə istifadə edə bilərəm?+

İclas otağı onlayn görüşlər, təqdimatlar və qonaqların sərbəst işləməsi üçün nəzərdə tutulub. İstifadə qaydaları və öncədən qeydiyyat barədə məlumatı klubun qeydiyyat şöbəsindən əldə edə bilərsiniz.